Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"nin sabiq baş məşqçisi Slovakiyada çalışacaq
"Neftçi"nin keçmiş baş məşqçisi Anatoli Demyanenko Slovakiyanın "Nitra" komandasının sükanı arxasına keçib.
Sportfm.az xəbər verir ki, ukraynalı mütəxəssisə slovakiyalı Miroslav Nemets və Miroslav Köniq kömək edəcək. Onların qarşısına komandanı Superliqada saxlamaq vəzifəsi qoyulub. 18 turdan sonra "Nitra" sondan əvvəlki - 11-ci yeri tutur.
Qeyd edək ki, Anatoli Demyanenko "Neftçi"də 2008-ci il yanvarın 4-dən avqustun 23-dək çalışıb. Məhz onun rəhbərliyi dövründə flaqman UEFA İntertoto Kubokunun ilkin mərhələsində "Nitra"nı iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:3, 2:0. Demyanenko 2013-cü ildə Ukrayna "Volın"ını tərk etdikdən sonra işsiz idi.
Oxşar xəbərlər
Ölkəmizdə medal qazanan əcnəbi baş məşqçilər - SİYAHI
Ukrayna futbolunun rəmzi yığması açıqlandı - SİYAHI
Yığmamız bu gün Slovakiya ilə qarşılaşacaq
Millimizin rəqibinin heyəti açıqlandı - SİYAHI
Valentin Demyanenko Mingəçevirdə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası