"Barselona"nın sabiq hücumçusunu amerikan futboluna cəlb etmək istəyiblər!
İngiltər "Vulverhempton"unun müdafiəçisi Romen Saiss komanda yoldaşı Adama Traore haqqında maraqlı fikir bildirib.
Sportfm.az xəbər verir ki, Saiss yerli mətbuata verdiyi açıqlamada bunları deyib:"Mən onu hər gün görürəm. Biz trenajor zalına birlikdə gedirik. Məşqdən sonra daim bir yerdə oluruq. Mən anlaya bilmirəm, bəyəm o gizlindən hardasa məşq edir?! Axı, belə bir şey yoxdur. O, məşqdə ştanq belə qaldırmır. Amma dəhşətli bədənə sahibdir. Hətta bir dəfə mən ona dedim ki, sən amerikan futbolundakı oyunçular kimi qaçırsan. Cavabında Traore bildirdi ki, o, "Barselona"da çıxış etdiyi dönəmlər onu bu idman növünə cəlb etmək istəyiblər".
Qeyd edək ki, Traore 8 yaşında İspaniya klubunun akademiyasına düşüb. 2015-ci ildə isə hücumçu "Aston Villa"ya transfer olunub.
Oxşar xəbərlər
Premyer Liqa klubunun oyunçusu xəstəxanalıq oldu
“Beşiktaş”ın futbolçu Qətər klubunda
Premyer Liqanın ən sürətli futbolçusu - Antonio Rüdiger
Traore "yarasa" olacaq - Transfer
Ən yaxşı driblinq ustaları - Messi "ilk üçlük"də yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası