reklam
Fərid Nəbiyev “Slaviya”dan getdi
Sportfm.az xəbər saytı

Fərid Nəbiyev “Slaviya”dan getdi


U-21 millimizin üzvü Fərid Nəbiyev Çexiyada klubunu dəyişib.

Sportfm.az xəbər verir ki, “Slaviya”dan  (Praqa) ayrılan 20 yaşlı hücumçu ölkənin ikinci liqa təmsilçisi “Viktoriya Jijkov"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

F.Nəbiyev yeni klubunda bu gün debüt də edib. O, “Budeyoviçe” ilə yoxlama matçında iştirak edib. Millimizin oyunçusu  komandasının 7:1 hesabı ilə qalib gəldiyi yoxlama görüşdə 32 dəqiqə meydanda olub və het-trikə imza atıb.

Xatırladaq ki, Fərid “Slaviya”da 2018-ci ildən çıxış edirdi. O, bu komandanın əvəzedici komandasının üzvü idi.

Qeyd edək ki, “Viktoriya Jijkov" ikinci liqada 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Nəbiyev Çexiya klubundan getdi - Ayrılıq
Fərid Nəbiyev dubla imza atdı - Çexiyada
Nəbiyev Çexiya klubunda daha bir qol vurdu
Fərid yenə fərqləndi
Azərbaycanlı futbolçu 90 dəqiqə oynadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər