reklam
Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
Sportfm.az xəbər saytı

Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər


Yanvarın 14-də Türkiyənin İstanbul şəhərində boks üzrə Əhmət Comərt turniri start götürəcək.

Sportfm.az xəbər verir ki, 5 gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq.

Turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçu yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq) mübarizə aparacaqlar.

Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.

Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, komanda vətənə yanvarın 19-da qayıdacaq.

Oxşar xəbərlər

Boksçularımız Rusiyaya yollandı
Boksçularımız beynəlxalq turnirə yollandı
Xasmetov, Yelekov, Benkomo və Səmədov
Türkiyədə çıxış edəcək güləşçilərimiz məlum oldu - SİYAHI
39 komanda Boks Mərkəzinə toplaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər