Kubokda ilk yarımfinalçı məlum oldu
İtaliya kubokunda 1/4 final mərhələsinə start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Napoli” doğma azarkeşləri qarşısında “Latsio”nu qəbul edib. Görüşdə minimal hesablı qələbə qazanan neapollular turnirdə yarımfinala yüksələn ilk komanda olub.
1/4 final mərhələsinin digər görüşü bu gün keçiriləcək. “Yuventus” bu mərhələdə “Roma” ilə üz-üzə gələcək.
İtaliya kubokunun 1/4 finalının digər iki görüşü isə yanvarın 28 və 29-da keçiriləcək. “Milan” “Torino” ilə, “İnter” isə “Fiorentina”yla üz-üzə gələcək.
İtaliya kuboku, 1/4 final mərhələsi
21 yanvar
Napoli – Latsio 1:0
Qol: İnsinye, 2.
22 yanvar
23:45 Yuventus – Roma
28 yanvar
23:35 Milan – Torino
29 yanvar
23:45 İnter – Fiorentina
Oxşar xəbərlər
“İnter” yarımfinala vəsiqə qazandı
“Yuventus” “Atalanta” ilə heç-heçə etdi - A Seriyası
“İnter” “Parma” səddini aşdı - İtaliya Kuboku
“Milan” “Yuventus”a qarşı - AFİŞA
“Yuventus”la “Latsio” 1/4 finalda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası