reklam
Bakıda seminar təşkil olundu -
Sportfm.az xəbər saytı

Bakıda seminar təşkil olundu -AVRO-2020 ilə bağlı


Yanvarın 24-də Bakı Olimpiya Stadionunda Azərbaycan Turizm Bürosu və Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun birgə təşkilatçılığı ilə yerli turizm şirkətləri üçün seminar təşkil olunub.

Sportfm.az xəbər verir ki, seminarda 40-a yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib. 

Tədbirin keçirilməsində məqsəd yerli turizm agentliklərinə Avro-2020-nin Bakıda keçiriləcək 3 oyunu (Uels – İsveçrə, Türkiyə – Uels, İsveçrə – Türkiyə) və 1/4 final qarşılaşmasına hazırlıq prosesi barədə məlumat vermək, turistlərin Azərbaycana cəlb edilməsi baxımdan mümkün əməkdaşlıq və dəstək məsələlərini müzakirə etmək olub.

Yerli Əməliyyat Qrupunun nümayəndələri tədbir zamanı fan-zona, bilet satışı, nəqliyyat, oyunlara ev sahibliyi edəcək Bakı Olimpiya Stadionu və ümumi hazırlıqlarla bağlı müxtəlif təqdimatlarla çıxış ediblər.

Azərbaycan Turizm Bürosunun nümayəndələri də öz növbələrində turizm infrastrukturunun oyunlara hazırlığı barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, Avro-2020 oyunlarının rəsmi maskotu Skillzy-nin təqdimatı həyata keçirilib və qonaqlar üçün Bakı Olimpiya Stadionunda xüsusi tur təşkil olunub.

Oxşar xəbərlər

Bakıdakı oyunlarda tamaşaçı iştirakına icazə verildi - AVRO-2020
AVRO-2020: Oyunlara satılan biletlərin sayı açıqlandı
AVRO-2020-nin Fan Zonaları ilə bağlı seminar keçirildi
Bakıya gələcək kubok Qazaxıstanda nümayiş etdirilir
AFFA sərgidə iştirak etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər