Basketbolun əfsanəsi faciəvi şəkildə dünyasını dəyişdi -VİDEO
İdman dünyasını yasa bürüyən ölüm hadisəsi baş verib.
Sportfm.az xəbər verir ki, Milli Basketbol Assosasiyasında "Los-Anceles Leykers"də forma geyinmiş Kobi Brayant vəfat edib. Amerikalı idmançı helikopter qəzasında dünyasını dəyişib. Əfsanəvi idmançını aparan "Sikorsky S-76" helikopteri Kaliforniyada qəzaya uğrayıb. Brayantla yanaşı, daha 4 insan vəfat edib.
"La Times"ın məlumatına görə, Kobi "Los-Anceles Leykers"in matçını izləməkdən qayıdırmış. O, arenada qızı Canna Mariya ilə birgə görünmüşdü. Onun 13 yaşlı qızı da vəfat edənlərdən biridir.
1996-cı ildən “Los Anceles Leykers”də çıxış etmiş basketbolçu 5 dəfə MBA çempionu olub (2000, 2001, 2002, 2009, 2010). Kobi ABŞ yığmasının heyətində 2 dəfə Olimpiya çempionluğu yaşayıb. (2008, 2012). 41 yaşlı basketbolçu karyerasını 2016-cı ildə bitirmişdi.
Oxşar xəbərlər
Bir forma 5.8 milyona satıldı
Dünya ulduzu erməninin səhlənkarlığı nəticəsində vəfat edib - Məhkəmə çəkişməsi
"Qara mamba"nın ölümündən əvvəl gizlin sövdələşmə - FOTO
Brayantın adı əbədiləşdiriləcək
Kobi Brayantın necə öldüyü məlum olub - Təfərrüat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cüdoçularımızdan rekord göstərici - Dünya çempionatı
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
“Sumqayıt”dan ilk qələbə, "Zirə"dən bərabərlik - Premyer Liqa
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası