reklam
Prosineçkinin Belfastdakı mətbuat konfransının vaxtı açıqlandı
Sportfm.az xəbər saytı

Prosineçkinin Belfastdakı mətbuat konfransının vaxtı açıqlandı


DÇ-2018-in seçmə mərhələsində noyabrın 11-də, Belfast şəhərindəki "Vindzor Park" stadionunda keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Sportfm.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, noyabrın 11-də Belfast şəhərindəki "Vindzor Park” stadionunda keçiriləcək matçdan bir gün öncə baş məşqçilər media nümayəndələri önünə çıxacaq. Noyabrın 10-da Bakı vaxtı ilə saat 16:45-də Böyük Britaniya təmsilçisinin baş məşqçisi Maykl Onil mətbuat konfransı keçirəcək. Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki isə 23:15-də jurnalistlər önünə çıxacaq.
Həmin gün saat 15:00-da Şimali İrlandiya, 23:45-də isə Azərbaycan yığmasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.

Oxşar xəbərlər

Qurbanovun mətbuat konfransının vaxtı bilindi - Çempionlar Liqası
Mətbuat konfransları və açıq məşqlərin vaxtı - “Sumqayıt” – “Fehervar”
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı - Avropa Liqası
De Byazinin mətbuat konfransının vaxtı açıqlandı
“Neftçi”nin baş məşqçisinin mətbuat konfransının vaxtı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər