reklam
“Neftçi”nin baş məşqçisinin mətbuat konfransının vaxtı
Sportfm.az xəbər saytı

“Neftçi”nin baş məşqçisinin mətbuat konfransının vaxtı


UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində, iyulun 27-də saat 23:00-da Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu öncəsi mətbuat konfransı təşkil olunacaq.
Sportfm.az xəbər verir ki, öncə jurnalistlər önünə saat 20:30-da “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və futbolçu Suleyman Krpiç çıxacaq. Saat 21:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

“Neftçi”nin baş məşqçisi Adrian Mutu və futbolçu Eddi İsrafilovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə saat 21:30-da Qrbaviça stadionunun mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 22:00-da isə “ağ-qaralar”ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Oxşar xəbərlər

Mətbuat konfransları və açıq məşqlərin vaxtı - “Sumqayıt” – “Fehervar”
Mutu və Matias jurnalistlərlə görüşəcək - “Beşiktaş”la matçdan öncə
“Neftçi”nin baş məşqçisinin mətbuat konfransının vaxtı bilindi
"Neftçi"nin baş məşqçisi Kiprdə medianın önünə çıxacaq - Mətbuat konfransı
Prosineçkinin Belfastdakı mətbuat konfransının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər