reklam
Azərbaycan millisi ilk oyunda Xorvatiyaya məğlub oldu
Sportfm.az xəbər saytı

Azərbaycan millisi ilk oyunda Xorvatiyaya məğlub oldu


Futzal üzrə Azərbaycan milli komandası Dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

Sportfm.az xəbər verir ki, komandamız Osiek şəhərindəki “Qradski vrt Arena”da C qrupunda Xorvatiya yığması ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 23:00-da başlayan qarşılaşmada yığmamız rəqibinə 0-2 hesabı ilə məğlub olub. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi Azərbaycan yığması görüşün hər hissəsində 1 qol buraxıb. Oyun boyu əsasən milliləşdirilən braziliyalılara üstünlük verən çalışdırıcı bununla da yalnız yerli futzalçılardan təşkil edilən xorvatlara bir daha yenilərək bizim əleyhimizə olan statistikanı daha da "zənginləşdirib". 

Qeyd edək ki, qrupun digər matçında Rusiya Slovakiyanı 7-1 hesabı ilə məğlub edib. 

 

 

Oxşar xəbərlər

Futzal yığmamız Slovakiya ilə oyunda xal itirdi - Komandamızın taleyi xorvatiyalılardan asılıdı
Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq
Yığma komandamız Rusiyanı məğlub etdi
Futzalçılarımız ilk görüşdə qalib gəldi
Rusiya yığması futzal millimizi məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər