Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futzal yığmamız Slovakiya ilə oyunda xal itirdi -Komandamızın taleyi xorvatiyalılardan asılıdı
Xorvatiyanın Osiek şəhərində təşkil olunan futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsində son turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün Slovakiya yığması ilə qarşılaşıb.
“Qradski vrt Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Rusiya üzərində qələbə qazanmaqla aktivinə ilk 3 xalı yazdıran Joze Alesio da Silvanın rəhbərlik etdiyi komandamız Slovakiya ilə dramatik matçda 2 xal itirib. Görüş 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, millimizin pley-off şansı qalır. Futzalçılarımızın taleyi bu gün Bakı vaxtı saat 11-də start götürəcək Xorvatiya-Rusiya matçının nəticəsindən asılıdı.
Oxşar xəbərlər
Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq
Yığma komandamız Rusiyanı məğlub etdi
Azərbaycan millisi ilk oyunda Xorvatiyaya məğlub oldu
Millimiz Özbəkistanla yoxlama oyunları keçirəcək
Millinin oyunlarının başlama vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası