Qazaxıstandan 8 medalla qayıtdılar -FOTO
Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.
Sportfm.az xəbər verir ki, yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Monqolustan və Qırğızıstan yığmaları qüvvələrini sınayıblar.
Turnirə baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 12 boksçu ilə qatılan milli komandamız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Yığmamızın heyətində Kamil Babayev (52 kq), Zaur Qəhrəmanov (57 kq) və Murad Məhərrəmov (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlardan fərqli, finalda məğlub olan Tural Sarıyev (50 kq) ikinci yeri tutub.
Digər boksçularımızdan Elgün Babayev (48 kq), Taci Tağızadə (57 kq), Rza Rzazadə (70 kq) və Nicat Qurbanov (66 kq) bürünc medalla kifayətləniblər.
Təmsilçilərimizdən çempion tituluna yiyələnən Zaur Qəhrəmanov daha bir nominasiyada mükafatlandırılıb. Astara boks məktəbinin yetirməsi turnirin ən texnikalı boksçusu seçilib.
Oxşar xəbərlər
Yığmamız birinci yeri tutdu - Beynəlxalq turnir
Azərbaycan boksçuları beynəlxalq turnirdə birinci oldu - 10 medal
Azərbaycan birinciliyində finalçılar bilindi - Boks üzrə
Azərbaycan millisinin heyəti - SİYAHI Avropa çempionatı
Azərbaycanlı ən texnikalı boksçu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası