Güləşçilərimiz ermənləri diz çökdürdü
Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.
77 kq çəkidə mübarizə aparan idmançımız Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. O, təsnifat mərhələsində Aik Mnatsakanyana 5:3 hesabı ilə qalib gəlib. Süleymanov 1/8 finalda italıyalı Matteo Maffezzoli ilə qarşılaşacaq.
İslam Abbasov (87 kq) ilk mərhələdə yanvarda Fransa "Qran-pri"sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb - 3:2. O, 1/8 finalda polşalı Arkadiuş Kulini ilə üz-üzə gələcək.
Digər güləşçimiz Sabah Şəriəti (130 kq ) startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. O, prinsipial qarşılaşmada David Ovasapyana 3:0 qalib gəlib.
Bu gün Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) da mübarizəyə başlayacaq.
Oxşar xəbərlər
Üç güləşçimiz Avropa çempionatının finalında!
2 idmançımız finalda - Dünya çempionatı
8 medal birdən
Güləşçimiz Avropa Çempionatının finalında
Güləşçilərimiz Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası