reklam
Ölkəmizdə çalışmış mütəxəssisdən proqnoz: Azərbaycan millisi uduzacaq
Sportfm.az xəbər saytı

Ölkəmizdə çalışmış mütəxəssisdən proqnoz: Azərbaycan millisi uduzacaq


AFFA-nın keçmiş idman direktoru, ingilis mütəxəssis Daril Villard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu haqda danışıb.  
Komanda.az xəbər verir ki, "Belfast Telegraph” nəşrinə açıqlamasında Villard bunları deyib:  
"Azərbaycan futbolunda son illərdə çox şey dəyişib. Robert Prosineçkinin gəlişindən sonra Azərbaycan millisi daha inamlı çıxış etməyə başlayıb. O, özü də güclü futbolçu olub və meydanda oyunçulardan nə tələb etmək lazım olduğunu yaxşı bilir. Xorvat mütəxəssis istəyir ki, komandası meydanda daha sərbəst oynasın, daha çox hücuma atılsın. Əvvəlki məşqçinin dövründə bu baxımdan çatışmazlıqlar var idi. Komanda əvvəlki seçmə mərhələlərdə bir qayda olaraq müdafiə barədə düşünürdü. Amma indi onlar daha çox hücum edir, qol vurmağa çalışırlar.  Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov komandada 100-dən çox oyun keçirib. O, ölkəsinin qəhrəmanıdı. Sadıqov daha böyük uğurlara nail ola bilərdi. Amma ölkəsində qalmağa, öz klublarında oynamağa üstünlük verdi. O, yığma komanda üçün həlledici oyunçulardan sayılır.  Şimali İrlandiya - Azərbaycan matçının çox maraqlı olacağına əminəm. Amma komandaların çox qol vuracağına inanmıram. Meydan sahiblərinin 1:0 hesablı qələbə qazanacağını gözləyirəm".  
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Oxşar xəbərlər

Azərbaycan – Şimali İrlandiya matçının hakimləri
"Bakıda 3 xal almaq bizim üçün qrupdakı impulsu qorumaq baxımından önəmlidir".
Azərbaycan - Şimali İrlandiya oyunu harada keçiriləcək?
Milli komandamızın kapitanı məlum oldu
Millimizdə ciddi itki

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər