Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqamızda mövsümün rekordu
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu yenilənib.
Sportfm.az xəbər verir ki, bu, XVII tura təsadüf edib. Hesabat turunda qapılara 17 top vurulub. Ən çox qol "Zirə" - "Qarabağ" matçına təsadüf edib - 0:6. Ən az qol isə "Sabah"ın səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldiyi oyunda qeydə alınıb.
Daha iki matçda qapılara 4 qol vurulub. "Səbail" evdə "Qəbələ"ni, "Neftçi" isə "Keşlə"ni eyni hesabla yenib - 3:1. Qollardan yeddisini meydan sahibləri, onunu isə qonaqlar vurublar. Beləliklə, orta hesabla hər oyun qapılardan 4,25 top keçib.
Əvvəlki rekord XII tura təsadüf edib - 16 qol.
Oxşar xəbərlər
Premyer Liqamızda mövsümün rekordu
Premyer Liqamızda mövsümün antirekordu - Cəmi 5 top
Premyer Liqamızda yeni rekord - Qapılara 19 top vuruldu
Azərbaycan çempionatında bir ilk
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası