Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"İstədiyim komandanı meydanda gördüm" -Tərlan Əhmədov
Premyer Liqanın 18-ci turunda evdə “Zirə”ni 4:0 hesabı ilə məğlub edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qələbəni şərh edib: “Qələbə qazanmaq hər zaman xoşdur. İki oyundur ki, məğlub olurduq. Lakin bu gün istədiyim komandanı meydanda gördüm. Bu əzmkarlığın davamını gətirməliyik. Qarşıda bizi daha çətin matçlar gözləyir. Bu oyunu unudub, növbəti qarşılaşmalar haqqında düşünməliyik”.
Oxşar xəbərlər
"Futbolçularıma təzyiqlər olur" - Vüqar Əsgərli
"Keşlə”ni yaxşı analiz etmişdik" - Füzuli Məmmədov
"Meydanda istədiyim komandanı görə bilirəm" - Elmar Baxşıyev
"Nəticə ədalətli oldu" - Tərlan Əhmədov
Tərlan Əhmədov:"Mən söz verə bilmərəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası