reklam
Tərlan Əhmədov:
Sportfm.az xəbər saytı

Tərlan Əhmədov:"Mən söz verə bilmərəm"


Sportfm.az saytı xəbər verir ki, Premyer Liqanın 10-cu turunda evdə “Sumqayıt”ı 2-1 məğlub edən “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında bunları deyib:"Fanatlara təşəkkür edirəm, 90 dəqiqə bizə dəstək verdilər. Futbolçulara da çox sağ ol deyirəm. Hücumu gücləndirməyə çalışdıq. Əzmkar qələbə qazandıq. Çalışırıq komandaya motivasiya verək. 4 tur öncə hər kəs bizə üç xal mənbəyi kimi baxırdı. Bütün oyunları uda bilmərik. Mən söz verə bilmərəm ki, bütün qarşılaşmaları udacam. Növbəti oyunda 3 xal üçün meydana çıxacağıq. Ardıcıl 4 qələbə hələ heç nə deyil. Yolun başlanğıcındayıq. Bizi çox maneələr gözləyir. 4 tur əvvəl bizə 3 xal gözü ilə baxırdılarsa, indi münasibət fərqlidi. İşimiz daha da çətinləşir. Bu nəticələr eyforiya yaratmamalıdı. Əvvəldən burda olsam, necə olacağını bilmirəm".

Oxşar xəbərlər

"İstədiyim komandanı meydanda gördüm" - Tərlan Əhmədov
Tərlan Əhmədov: "Qələbə bizim üçün vacib idi"
Tərlan Əhmədov:"Bu insanı kiçildir"
Tərlan Əhmədov çempionatda hələ də futbolçuları sınamaq istəyir!
Tərlan Əhmədov:"Qırağa getməyə ehtiyac yoxdur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər