reklam
Zaur Ramazanov,Emin Quliyev, Mahmud Qurbanov meydanda -
Sportfm.az xəbər saytı

Zaur Ramazanov,Emin Quliyev, Mahmud Qurbanov meydanda -FOTOLAR


Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, mərhum Anatoli Banişevskinin anadan olmasının 74-cü ildönümü münasibətilə AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə turniri keçirilib.
Sportfm.az xəbər verir ki, AFFA-nın Futbol Akademiyasının süni örtüklü meydançasında təşkil olunan mini-turnirdə 4 komanda mübarizə aparıb. Hakimlər Komitəsinin komandasını məğlub edən Veteranlar yığması xatirə turnirinin qalibi olub. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov iştirak ediblər. Qalib komandaya kuboku mərhumun həyat yoldaşı İnna Banişevski təqdim edib.

Oxşar xəbərlər

Qurban Qurbanov Tərlan Əhmədovla üz-üzə gəldi - Matç
Azərbaycan futbolunun əfsanəsi ilə bağlı canlı yayım olacaq
Veteranlar Anatoli Banişevskini andılar - FOTO
Xatirə turnirində finalçılar müəyyənləşdi - FOTO
Tahir Süleymanov oyun idarə etdi, Maşallah Əhmədov qol vurdu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər