reklam
Avropada üçüncüyük -
Sportfm.az xəbər saytı

Avropada üçüncüyük -İntizamsızlığa görə


Azərbaycan Premyer Liqası vərəqələrin çoxluğuna görə dünyada 12-cidi.

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) araşdırmasında deyilir.

CİES dünyanın müxtəlif futbol çempionatlarında göstərilmiş vərəqələrlə bağlı araşdırma aparıb. Araşdırmalar 92 ölkənin yüksək liqasında 2019-cu ili və 2019/20 mövsümünün 17 fevralınadək olan bölümünü əhatə edib. Bu, həmin ölkələrdə mövsümün hansı müddəti əhatə etməsindən asılı olub.

Azərbaycan çempionatında hər oyuna orta hesabla 5.79 vərəqə düşür. Vərəqələrdən 5,47-si sarı, 0,32-si isə qırmızıdı. Ölkəmiz bu göstəricidə Avropada Ukrayna və İtaliyadan sonra üçüncü yeri tutur.

92 ölkənin siyahısına Boliviya başçılıq edir - 7.01 vərəqə (6.53 sarı, 0.48 qırmızı). Uruqvay çempionatı ikinci olub - 6.61 vərəqə (6.07 sarı, 0.54 qırmızı). İlk "üçlüy"ü Qvatemala qapayır - 6.44 vərəqə (6.07 sarı, 0,37 qırmızı).

Oxşar xəbərlər

Premyer Liqamız ilk “10-luğ”a düşdü - Qayda pozuntularına görə
Premyer Liqamız 26-cı oldu
Premyer Liqamız dünyada 30-cudur - BİAM-i açıqladı
Premyer Liqanın intizamlı və intizamsız klubları
112 oyunda 81 qələbə, 31 heç-heçə - Premyer Liqamızın statistikası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər