Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bu gün güclü komanda qalib gəldi"
"3 qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq". Sportfm.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiyaya 4:0 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında açıqlamalar verən xorvat çalışdırıcı fikirlərini bölüşüb: "Qarşıdakı oyunları düşünməliyik. Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımi qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Bu gün güclü komanda qalib gəldi. Bəlkə 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. Həmin oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun. 4:0 hesabı ilə uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik. Rəqibin üstün tərəflərini bilirdik. Bu gün rəqib güclü idi. Biz hələ 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bu günədək gördüyümüz işlərdən razıyıq. Hələlik 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik”.
Oxşar xəbərlər
"Azlıqda qalmaq işimizi çətinləşdirdi" - "Sabah"ın baş məşqçisi
"Şkupi"nin baş məşqçisi: "Rəqibin güclü orta xətti var"
Sol Solbakken: Rəqib güclü komandadır
Löv və Prosineçki məğlub olan yığmamızı tərfilədi!
"Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası