Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Löv və Prosineçki məğlub olan yığmamızı tərfilədi!
Sportfm.az saytı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Almaniya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
Azərbaycan - Almaniya: Məşqçi fikirləri
Yoahim Löv (Almaniya millisinin baş məşqçisi): "Oyundan razı qaldım. Amma komandam bu gün göstərdiyi oyundan daha yaxşısını nümayiş etdirməyə qadirdir. Bu oyundan əvvəl İngiltərə yığması ilə yoldaşlıq görüşü keçirdik. Ötən illlə müqayisədə bu dəfə gec bir araya gəldik. 4 aydan sonra toplaşdıq. Bu səbəbdən komandanın oyunu məni tam qane etmədi. Səhvdən qol buraxdıq. Bəzi səhvlər var idi. Bunların üzərində işləyəcəyik. Qarşıda daha bir seçmə mərhələ oyunu, ardınca isə Konfederasiyalar Kuboku var. Həmin yarışa qədər daha yaxşı səviyyəyə yüksəlməyə çalışacağıq. 5 və ya 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan millisi izlədim. Rəqibimiz müdafiədə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Azərbaycan millisinin bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib”.
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): "İlk növbədə, bu gün stadionda yaratdıqları möhtəşəm atmosferə görə azarkeşlərə minnətdarlığımı bildirirəm. Komandam yaxşı, əzmkarlıqla oynadı. Hansı rəqibə qarşı oynadığımızı bilirdik. Bununla belə, müdafiəyə oturmadıq, hücumlar etdik. Almaniya yığması səhvləri bağışlayan rəqib deyil. Bir sözlə ifadə etməli olsaq, komandamızla fəxr edə bilərik. Rəqib bizdən daha üstün idi. Futbolçuları Avropanın nəhəng klublarında çıxış edir. Komandamız bu gün maksimum gücünü ortaya qoydu. Kim peşəkar səviyyədə futbol oynayıbsa, məni başa düşər. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları həftədə iki dəfə yüksək səviyyədə oyun keçirir, ölkə çempionatında və Çempionlar Liqasında iştirak edir. Bu komandanın dünya çempionu olması təsadüfi deyil. İndi qarşımızdakı əsas vəzifə Şimali İrlandiya yığması ilə oyun üçün futbolçuların tam hazır olmasıdır. Həmin oyundan əvvəl 20 günlük təlim-məşq toplanışı və 2 yoldaşlıq görüşü keçirəcəyik”.
Oxşar xəbərlər
"Komandam daha yaxşı çıxış etdi" - Vitali Borisov
Futzal yığmamızın baş məqşçisi:"Final mərhələsinə vəsiqə qazana bilməyəcəyik!"
Təbriz Həsənov: "Turnir bizim üçün çox əhəmiyyətlidir"
"Yığmamızın yanvar-fevralda yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulmayıb"
Prosineçki: "Çətin ki, Rusiyadakı mundiala vəsiqə qazanaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası