reklam
Sportfm.az xəbər saytı

"Mançester Siti" 1/4 finala yüksəldi


İngiltərə kubokunun 1/8 final matçında "Mançester Siti” “Şeffild Uensdey”ə qalib gəlib.

Sportfm.az xəbər verir ki, Şeffilddə keçirilən matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Siti” matçda böyük üstünlüyə malik olub və rəqib qapısına 19 zərbə endirib. Qarşılaşmada yeganə qol isə ikinci hissənin əvvəlində vurulub. Matçın 53-cü dəqiqəsində Serxio Aquero fərqlənib.

Bununla da "Mançester Siti" İngiltərə Kubokunun 1/4 finalına çıxıb.

İngiltərə kubokunun digər 1/8 final matçında "Lester Siti" "Birminhem"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 82-ci dəqiqədə Rikardu vurub.

 

Oxşar xəbərlər

Salah qol vurdu, "Mançester Siti" məğlub oldu
Mançester derbisini mavi-ağlar qazandı
Federasiya Kubokunun püşkü atıldı
“Mançester Siti” ilk kubokunu qazandı
"Mançester Siti" mövsümdəki ilk titulunu qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər