FIFA DÇ-2022-nin seçmə oyunlarını təxirə salacaq -Koronavirusa görə
FIFA və Asiya Futbol Konfederasiyası (AFC) DÇ-2022-nin AFC zonası və 2023-cü ildə Asiya Kubokunun seçmə mərhələləri ilə əlaqədar milli assosiasiyalara rəsmi təklif göndərməyi qərara alıb.
Sportfm.az xəbər verir ki, buna səbəb koronavirus epidemiyasıdır.
Məsələ FIFA və AFC nümayəndələrinin görüşündə müzakirə edilib. Bildirilib ki, FIFA və AFC milli assosiasiyalarla məsləhətləşmədən sonra yaxın günlərdə bu matçlar barədə ətraflı məlumat verəcək: "Ümumdünya Səhiyyə Təşkilatı, konfederasiyalar və üzv assosiasiyalarla birlikdə koronavirusun yayılmasını izləməyə davam edəcəyik".
Qeyd edək ki, DÇ-2022-nin Asiya zonası üzrə təsnifat mərhələsi oktyabrda başlayacaq. Mundial 21 noyabr - 18 dekabr 2022-ci ildə Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.
Oxşar xəbərlər
Seçmə mərhələ matçları yenə təxirə salındı - DÇ-2022
FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə saldı
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
DÇ-2022-nin seçmə oyunları təxirə salına bilər
Millimizin rəsmi oyunlarında VAR sistemi tətbiq olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası