Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə saldı
DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsinin startı koronavirus pandemiyasının yaratdığı təqvim sıxlığı səbəbindən təxirə salınıb.
Sportfm.az xəbər verir ki, FİFA sentyabrda başlaması planlaşdırılan ilk oyunları oktyabra təyin edib.
Ali futbol qurumu Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və üzv assosiasiyalarla məsləhətləşmələrdən sonra bu qərara gəlib.
Həmçinin bildirilir ki, CONMEBOL matçların 2022-ci ilin martına qədər başa çatması üçün FİFA-dan 2022-ci ilin yanvarında beynəlxalq oyunların pəncərəsini təqvimə əlavə etməsini istəyib.
Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi 21 noyabr - 18 dekabr 2022-ci il tarixində Qətərdə keçiriləcək.
Oxşar xəbərlər
Təxirə salınan matçların vaxtı açıqlandı - DÇ-2022
Oyunlar təxirə salındı - DÇ-2022
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
DÇ-2022-nin seçmə oyunları təxirə salına bilər
FIFA DÇ-2022-nin seçmə oyunlarını təxirə salacaq - Koronavirusa görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası