reklam
Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı həyacan siqnalı -
Sportfm.az xəbər saytı

Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı həyacan siqnalı -IOC-a müraciət edildi


Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) Beynəlxalq Olimpiya Komitəsindən (IOC) Tokio Yay Olimpiya Oyunları üçün lisenziya müddətinin uzadılmasını istəyib.

Sportfm.az xəbər verir ki, buna koronavirus infeksiyasının yayılması səbəb olub. Federasiya 15 - 26 martda Hindistanın paytaxtı Yeni Dehlidəki Dünya Kubokunu təxirə salıb. Olimpiadaya lisenziya xarakterli yarış aprelin 15-də başlayacaq.

ISSF bütün idmançılara eyni imkanın verilməsinin zəruriliyini nəzərə alaraq IOC-dan Almaniyanın Münhen şəhərindəki və Bakıdakı Dünya Kubokunun olimpiadaya lisenziya xarakterli olmasını istəyib.

Qeyd edək ki, Bakıda güllə və stend atıcılığı üzrə Dünya Kuboku 22 iyun - 3 iyulda baş tutacaq. Tokio-2020 olimpiadası 24 iyul - 9 avqustda olacaq. 

Oxşar xəbərlər

Bakıda lisenziya xarakterli beynəlxalq yarış keçiriləcək
Ukrayna idmançılarının xərcləri qarşılanacaq - Dünya Kubokunda
Bakıdakı Dünya Kuboku təxirə salınacaq
Olimpiadaya lisenziya qazanmış idmançıların taleyi necə olacaq? - AÇIQLAMA
Olimpiadaya qazanılan lisenziyalar ləğv olunmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər