reklam
Olimpiadaya lisenziya qazanmış idmançıların taleyi necə olacaq? -
Sportfm.az xəbər saytı

Olimpiadaya lisenziya qazanmış idmançıların taleyi necə olacaq? -AÇIQLAMA


Tokio-2020-yə lisenziya qazanmış idmançılar 2021-ci ilə təxirə salınmış Yay Olimpiya Oyunlarında təsnifat mərhələsi keçmədən iştirak edə bilərlər.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib.

"Aydın məsələdir ki, Tokio olimpiadası üçün təsnifat mərhələsini keçmiş idmançılar lisenziyaları özlərində saxlayırlar. Bu, yarışın Tokio-2020 adı ilə qalmasından da görünür" deyə almaniyalı funksioner vurğulayıb.

Qeyd edək ki, martın 24-də IOC koronavirus pandemiyası ilə əlaqədar Oyunların 2021-ci ilə təxirə salınmasına qərar verib. Hələlik olimpiadaya vəsiqələrin 57 faizi sahiblərini tapıb. Lisenziyalardan 15-ni Azərbaycan idmançıları qazanıblar. Tokio-2020-də 11 min idmançı iştirak edəcək.

Oxşar xəbərlər

"Tokio olimpiadası iştirakçılar üçün təhlükəsiz olacaq" - Tomas Bax
Tokio olimpiadasının proqramı təsdiqləndi
"Gələn il Tokio Olimpiadası keçiriləcək" - Tomas Bax
Olimpiadaya qazanılan lisenziyalar ləğv olunmayacaq
Tokio-2020 Tokio-2021 oldu! - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər