reklam
Dünya ikincisi rəis təyin edildi
Sportfm.az xəbər saytı

Dünya ikincisi rəis təyin edildi


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Sportfm.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə çalışan polis mayoru Qara Abdullayev nazirin müvafiq əmri ilə Nəsimi Rayon DYP Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin rəisi vəzifəsindən azad edilən Qəhrəman Qələndərovun oğludu. V.Qələndərov Azərbaycan kempo yığma komandasının üzvüdü. O, ötən il həmin döyüş növü üzrə dünya ikincisi olub.(report)

Oxşar xəbərlər

Ppeşəkar kikboksçumuza vəzifə verildi - Təyinat
Vilayət Eyvazov idmançı rəisi işdən çıxardı
Mövlud Mirəliyev yeni vəzifəyə təyin olundu
Mahirin evini soyan oğrular saxlanıldı - Araşdırma davam edir
Səhlab Bağırov: "Qarabağ" - "Çelsi" oyununda təhlükəsizlik tam təmin olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər