Ppeşəkar kikboksçumuza vəzifə verildi -Təyinat
“Ağ Canavar” ləqəbli azərbaycanlı peşəkar kikboksçu Eduard Məmmədov Daxili İşlər Nazirliyində (DİN) vəzifəyə təyin olunub.
Sportfm.az xəbər verir ki, idmançı bu barədə şəxsi “feysbuk” hesabında məlumat verib. Məmmədov bu sözləri yazıb:
“Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam.
Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi, bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.
Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm!”
Oxşar xəbərlər
Zemfira Meftahətdinova təqaüdə göndərildi - FOTO
Vilayət Eyvazov idmançı rəisi işdən çıxardı
Eduard Məmmədov 26-cı dəfə dünya çempionu oldu - Rekord
Mövlud Mirəliyev yeni vəzifəyə təyin olundu
Dünya ikincisi rəis təyin edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası