Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kamrana qol vurdu, Corc Bestə çatdı
Şimali İrlandiya milli komandasının futbolçusu Qaret Makolinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına vurduğu qol əlamətdar olub. Sportfm.az xəbər verir ki, 37 yaşlı müdafiəçi Belfastdakı matçın 40-cı dəqiqəsində Kamran Ağayevin qapısına başla yol tapmaqla millidə 9-cu qolunu vurub və bu göstəricidə əfsanəvi hücumçu Corc Bestə çatıb.
Uzun illər "Mançester Yunayted"də və Şimali İrlandiya millisində parlaq oyunu ilə yadda qalan Best 37 matçda bu qədər fərqlənmişdisə, Makoli 69 oyunda buna nail olub.
Makoli cari seçmə mərhələdə qol vuran ən yaşlı futbolçu kimi də tarixə düşüb. O, 36 yaş 341 günündə fərqlənib.
Cari mövsümdə İngiltrədə "Vest Bromviç" klubunun rəqib qapılarından 2 top keçirən təcrübəli müdafiəçi karyerasında 47 qol vurmaqla məhsuldarlığı ilə diqqət çəkir.
Xatırladaq ki, Şimali İrlandiya Azərbaycana 4:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Maksim Medvedev:"Həmin motivasiya ilə meydana çıxacağıq"
Şimali İrlandiya ilə oyuna nə qədər bilet satılıb?
Azərbaycan - Şimali İrlandiya oyunu harada keçiriləcək?
Şimali irlandların bombardiri Azərbaycan millisinə qalib gələcəklərinə inanır
Millimizdə ciddi itki
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası