reklam
Şimali irlandların bombardiri Azərbaycan millisinə qalib gələcəklərinə inanır
Sportfm.az xəbər saytı

Şimali irlandların bombardiri Azərbaycan millisinə qalib gələcəklərinə inanır


"Düşünürəm ki, Şimali irlandiya Azərbaycana qalib gələcək. Son zamanlar baş məşqçi Maykl O'Nill və komandası "Vindzor Park”da mükəmməl oynayır. Ümid edirəm ki, Azərbaycana qarşı da eyni oyunu sərgiləyəcəklər". Sportfm.az xəbər verir ki, bu sözləri Şimali irlandiya milli komandasının bombardiri Devid Hili bildirib.
Futbolçu karyerasını artıq başa vuran 37 yaşlı keçmiş hücumçu Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə mərhələsindəki qarşılaşmaları xatırlayıb: "Rəqibimiz həmin seçmə mərhələdə bizdən 6 mümkün xaldan 4-nü aldılar. Amma indi bunun baş verəcəyini düşünmürəm. Beynəlxalq arenalarda son qolumu Azərbaycan millisinə vurmuşdum. O oyun mənim üçün unudulmaz idi”. 
Xatırladaq ki, Hili 2012-ci ilin noyabrın 14-də millimizlə Belfastda 1:1 hesabı ilə nəticələnən matçın 90+6-cı dəqiqəsində cərimə zərbəsindən vurduğu qolla yığmasını məğlubiyyətdən xilas edib. O, millidə çıxış etdiyi 13 ildə 95 oyunda vurduğu 36 qolla ən məhsuldar futbolçudur.

Oxşar xəbərlər

Kamrana qol vurdu, Corc Bestə çatdı
İrlandların baş məşqçisi: «Azərbaycan yığması indi daha güclüdür»
Prosineçkinin Belfastdakı mətbuat konfransının vaxtı açıqlandı
Şimali İrlandiya - Azərbaycan matçının hakimləri məlum oldu
"Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər