reklam
Sportfm.az xəbər saytı

"Oyundan razıyam, hesabdan yox" -Aftandil Hacıyev


"Hər iki komanda oyuna ciddi hazırlaşmışdı. Matçı iki hissəyə bölərdim. İlk yarıda təşəbbüsə sahib olduq. Fasilədən sonra rəqib təşəbbüsü ələ keçirdi. Oyundan razıyam, hesabdan yox".

Sportfm.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XX turunda evdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransında deyib. 

Hacıyev məğlubiyyətin səbəbini belə izah edib: "Rəqib praktiki olaraq, bütün qol şanslarından istifadə etdi. Hər oyunu yüksək səviyyədə keçirmək mümkün deyil. Fasiləyədək epizodlarımızı gerçəkləşdirə bilsəydik, ikinci 45 dəqiqə fərqli bir istiqamətdə keçərdi. Elçin Rəhimli ilk hissədə yaxşı oynadı. Onu gec əvəzlədiyimi düşünmürəm".

39 yaşlı mütəxəssis Avropa Liqasına çıxmaq vəzifəsinin qarşılarında durmadığını bir daha bəyan edib. Lakin o, sona qədər mübarizə aparacaqlarını vurğulayıb. 

Oxşar xəbərlər

"Daha güclü olan qalib gəldi" - Aftandil Hacıyev
"Meydanda yalnız "Neftçi" var idi" - Aftandil Hacıyev
"Heç bir komandanı hesabdan silmirik" - Samir Abasov
"Hər iki komanda əzmkar mübarizə apardı" - Aftandil Hacıyev
Aftandil Hacıyev gileyləndi: "Heyət güclənməlidi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər