"Meydanda yalnız "Neftçi" var idi" -Aftandil Hacıyev
"Çox danışmağa ehtiyac yoxdur. İki komandanı müqayisə etsək, hədəflər bəllidir".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX turunun oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, bu dəfə oyunu 3 hissəyə bölmək lazımdır: "İlk yarıda çox yaxşı oynadıq. "Neftçi"nin qapısına penalti təyin olunmalı idi. 65-ci dəqiqədən sonra meydanda sadəcə, rəqib vardı. Məni düşündürən məğlubiyyət deyil, son 25 dəqiqədəki oyunumuzdur. "Neftçi"nin ustalığı özünü göstərdi".
Baş məşqçinin sözlərinə görə, bugünədək ən ağır qrafiklə oynayan komanda "Səbail"dir: "Qarşıdakı fasilədən maksimum yararlanmağa çalışacağıq". (report)
Oxşar xəbərlər
"Daha güclü olan qalib gəldi" - Aftandil Hacıyev
"Bu psixologiya ilə matça çıxmaq çətindir" - Aftandil Hacıyev
"Son nöqtəni qoya bilmədik" - Aftandil Hacıyev
"Neftçi"nin təhlükəli futbolçuları var" - Aftandil Hacıyev
"Oyundan razıyam, hesabdan yox" - Aftandil Hacıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası