Cüdoçularımızın iştirak edəcəyi Qran-pri təxirə salındı -Koronavirusa görə
Beynəlxalq Cüdo Federasiyası (IJF) Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salıb.
Sportfm.az xəbər verir ki, İcraiyyə Komitəsi koronavirusa görə bu qərarı qəbul edib. Rusiyanın Yekaterinburq şəhərindəki Böyük Dəbilqə, Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərindəki Qran-prillər təxirə salınıb.
IJF cüdo ailəsini qorumaq və dünyada ümumi təhlükəsizlik tədbirlərinə əmək etmək üçün bu addımı atdıqlarını bildirib. Federasiya koronavirusla bağlı vəziyyətin təhlükəli və kritik olduğunu vurğulayan qurum qarşıdakı günlərdə yarışlarla bağlı daha ətraflı məlumatın veriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Gürcüstan və Türkiyədəki yarışlarda Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub. Daha öncə koronavirus səbəbindən 6 - 8 martda Mərakeşin paytaxtı Rabatda nəzərdə tutulan Qran-pri turniri ləğv olunub.
Oxşar xəbərlər
Fransa Qran-prisi təxirə salındı - RƏSMİ
"Formula 1" üzrə daha iki Qran-pri təxirə salınacaq
Beynəlxalq Cüdo Federasiyasından yeni qərar - Koronavirusla bağlı
Cüdoçularımız Qran-priyə gedə bilmədi - Koronavirusa görə
Dünya birinciliyi təxirə salındı - Koronavirusa görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası