reklam
Mövsüm bitməmiş çempion elan edilə bilər! -
Sportfm.az xəbər saytı

Mövsüm bitməmiş çempion elan edilə bilər! -İtaliyada


İtaliyada koronavirus epidemiyasına görə A Seriyasının bütün oyunlarının aprelin 3-nə qədər təxirə salındığını xəbər vermişdik.

Sportfm.az xəbər verir ki, A Seriyası rəhbərliyi turnirin bu mövsümünün oynanılmaması variantını nəzərdən keçirir. Bu barədə “La Republica” nəşri məlumat yayıb. Xəbərdə, A Seriyasında 2019/20 mövsümünə yekun vurulmasının və turnir cədvəlindəki hazırkı vəziyyətə görə çempionun müəyyənləşdirilməsinin nəzərdən keçirildiyi bildirilir.

A Seriyasında hazırda “Yuventus” 63 xalla liderdir. Çempionatın başa çatmasına 12 tur qalıb.

Son məlumatlara əsasən, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 9 min nəfəri ötüb. Koronavirus İtaliyada azı 463 nəfərin həyatına son qoyub.

Oxşar xəbərlər

"Yuventus"un xalları silinə bilər - Növbəti məhkəmə
“Mançester Yunayted”də koronavirus şoku - Kütləvi yoluxma
A Seriyasının bərpası üçün yeni tarix məlum oldu
Mövsüm ləğv edildi
A Seriyası nə vaxt bərpa olunacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər