reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray" video konfransla ulduz futbolçu transfer edir -FOTO


"Qalatasaray" video konfransı yolu ilə transfer çalışmalarını davam etdirir.

Sportfm.az xəbər verir ki, İstanbul klubu "Liverpul"dan Herdan Şaqirinin transferini bitirməyə çalışır. 

"Qalatasaray" isveçrəli futbolçunu ötən transfer dönəmlərində də, istəmişdi. Amma keçid baş tutmamışdı. "Cim-Bom" bu dəfə Şaqirini heyətinə qatmaq üçün daha israrlıdı. İstanbullular "Liverpul"un ulduzunu icarəyə götürmək istəyir və artıq bununla bağlı qarşı tərəfə müraciət edib. 

Qeyd edək ki, "Liverpul" Şaqirini 2018-ci ilin yayında "Stok Siti"dən 14,7 milyon avroya alıb. Futbolçu cari mövsümdə Premyer Liqada 6 (1 qol), klublararası dünya çempionatında 2, Çempionlar Liqası və İngiltərə Super Kubokunda 1 oyuna çıxıb. 

Oxşar xəbərlər

"Qalatasaray" 4 milyon avro ödəyəcək - Transfer
Transfer bombası Madriddə partlayacaq
Onyekuru geri dönür
"Qalatasaray" sabiq futbolçusunu qaytardı
"Liverpul" isveçrəli futbolçu transfer etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər