reklam
Sportfm.az xəbər saytı

"Olimpiya Oyunlarını ləğv etmək olmaz" -Tomas Bax


"Olimpiya Oyunlarını həftəsonu istirahət gününə planlaşdırılan bir futbol matçı kimi ləğv etmək olmaz".

Sportfm.az xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

Bütün dünyanı bürüyə koronavirus pandemiyası üzündən Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsi sual altına düşsə də, qurum başçısı hələ də yarışın baş tutmaq variantına ümid edir. Bax Olimpiadanın ləğvini ədalətsiz sayır: "Təxirəsalma çox ciddi prosesdir. Buna tutarlı əsaslarla yanaşmaq lazımdır. Həftənin 7 günü, sutkanın 24 saatı ərzində müxtəlif ssenariləri nəzərdən keçiririk. Olimpiya Oyunlarının ləğvi 206 milli olimpiya komitəsini və qaçqınlar komandasını təmsil edən 11 min idmançının xəyalını məhv edəcək. Ləğv qərarı bu vəziyyətdə ədalətli qərar olmayacaq".

Qeyd edək ki, Olimpiada iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

Oxşar xəbərlər

"Olimpiya kəndində həyat öz axarı ilə davam edir”- Fərid Mansurov
"Komandamızın əhvalı və sağlamlıq durumu qənaətbəxşdir" - Fərid Mansurov
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
"Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir" - Yaponiyalı nazir
"Gələn il Tokio Olimpiadası keçiriləcək" - Tomas Bax

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər