"Komandamızın əhvalı və sağlamlıq durumu qənaətbəxşdir" -Fərid Mansurov
"Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi Təşkilat Komitəsinin verə biləcəyi qərardır".
Sportfm.az xəbər verir ki, bu sözləri Tokio-2020-də Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov mediaya açıqlamasında deyib.
O bildirib ki, koronavirusa yoluxma artacağı təqdirdə Təşkilat Komitəsinin belə qərar vermək hüququ var: "Hələ ki, oyunların təxirə salınması ilə bağlı rəsmi olaraq bizə heç nə deyilməyib. Olimpiya kəndində həyat gündəlik normasında davam edir. Azərbaycanın olimpiya komandasının üzvləri məşqlərini davam etdirir və yarışa hazırlaşırlar. Komandamızın əhvalı və sağlamlıq durumu qənaətbəxşdir".
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb.
Oxşar xəbərlər
Tokioda qanqaraçılıq davam edir - 12 nəfər virusa yoluxdu
"Olimpiya kəndində həyat öz axarı ilə davam edir”- Fərid Mansurov
Yoluxma barədə məlumat yayıldı - Tokio-2020
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası