Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandanın üzvləri oğurlandı -450 min manat tələb edirlər
Nigeriyada iki futbolçu kimliyi bilinməyən silahlı adamlar tərəfindən girov götürülüb.
Sportfm.az xəbər verir ki, bu barədə yerli mətbuata Nigeriya polisindən məlumat verilib.
Məlumatda bildirilir ki, Nigeriya millisinin da üzvü olan Dayo Ojo və Benjamin İluyomade cinayətkarlar tərəfindən qaçırılıb. Onlar ölkənin Benin-Akure yolunda avtomobillə hərəkətdə olarkən naməlum şəxslər tərəfindən saxlanılıblar. Cinayətkarlar qaçırılan futbolçuların sərbəst buraxılması üçün 100 milyon naira (təxminən 450 min AZN) tələb ediblər.
Polis hazırda hər iki oyunçunun azad olunması üçün əməliyyata başladıqlarını bəyan edib.
Oxşar xəbərlər
Oğurlanan sabiq milli üzvü polis tərəfindən qurtarıldı
Messinin həyat yoldaşının pulunu oğurladılar - Hadisə
Millinin sabiq fubolçusu qaçırıldı - 188 000 tələb edirlər
Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı xəbərlərə DİN-dən təkzib
Olimpiya çempionu Rio-de-Janeyroda silahlı hücuma məruz qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası