Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Oğurlanan sabiq milli üzvü polis tərəfindən qurtarıldı
Braziliya millisinin və İspaniyanın “Valensiya” klubunun keçmiş futbolçusu, konsert zamanı qaçırılan Marselinyo Karioka mülki polis tərəfindən azad edilərək sərbəst buraxılıb.
Sportfm.az xəbər verir ki, futbolçu dekabrın 17-də yoxa çıxıb. Mətbuat onun konserti bir qadınla tərk etdiyini xəbər verib. Sonra onun avtomobili hadisə yerindən 25 km aralıda tapılıb. Daha sonra cinayətkarlar onun ailəsi ilə əlaqə saxlayıblar. Onlar futbolçunun sərbəst buraxılması üçün 18 min dollar tələb ediblər.
Bu işlə əlaqədar bir nəfər şübhəli bilinərək həbs edilib. Karioka sosial şəbəkələrdə yayımlanan videomüraciətində konsertdə münasibət qurduğu qadının ərinin adam oğurluğunda əli olduğunu bildirib.
Kariokanın indi 52 yaşı var. O, 2009-cu ildə yerli “Santo Andre” klubunda çıxış edərək təqaüdə çıxıb. Avropada “Valensiya” və Fransanın “Ayaçço” komandasındakı çıxışları ilə tanınır. Futbolçu 1998-2001-ci illərdə Braziliya millisində dörd oyun keçirib.

Oxşar xəbərlər
Millinin sabiq futbolçusu həbs olundu
Alveşin ailəsi 1 milyon avro axtarır
Milli komandanın üzvləri oğurlandı - 450 min manat tələb edirlər
Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı xəbərlərə DİN-dən təkzib
Sabiq dünya çempionu azadlığa buraxıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası