"Qarabağ"ın sabiq futbolçusu karantində
Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb.
Sportfm.az xəbər verir ki, cənubi afrikalı hücumçu bunu ölkəsinin mətbuatına açıqlamasında özü deyib. Çində koronavirus epidemiyası yayılmağa başlayanda Cənubi Akrikaya yollanan forvard artıq geri qayıdıb. O, Çində vəziyyətin yaxşılığa doğru getdiyini bildirib:
“Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Ancaq artıq Çində bu viusun qarşısını almağın yollarını öyrəniblər. Yaxın vaxtda komandamla birgə məşqlərə başlayacağam”.
Xatırladaq ki, Dino Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib.
Oxşar xəbərlər
Çin klubu sabiq "Qarabağ"lının transferini açıqladı - FOTO
"Qarabağ" adını dünyaya tanıtdırmaq istəyirdik" - Dino Ndlovu
"Qarabağ"ın sabiq hücumçusu özü barədə yazılan kitabdan danışdı
Dino Ndlovu: "Həmişə qəlbimdə qalacaqsınız"
Azərbaycanda çıxış edən futbolçu milli komandadan imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası