reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" adını dünyaya tanıtdırmaq istəyirdik" -Dino Ndlovu


Çinin "Hançjou Qrintaun" klubunda çıxış edən Dino Ndlovu "Qarabağ"da oynayarkən Çempionlar Liqasının pley-off mərhələsində Danirmarkada "Kopenhagen"ə qalib gəldikləri oyundan danışıb.

Sportfm.az "Germiston City News" nəşrinə istinadla xəbər verir ki, 30 yaşlı cənubi afrikalı hücumçu vurduğu tarixi qol barədə danışıb:

"Ağdamın "Qarabağ" klubunu dünyaya tanıtdırmaq istəyirdik. İlk hissə bizim bir komanda olaraq ən pis oyunumuz idi. Baş məşqçimiz dedi ki, "Kopenhagen" 2-ci hissəni hücumda keçirəcək və bizim 1-2 fürsətimiz olacaq. İkinci hissənin startından 6 dəqiqə sonra qol vurdum".

"Qarabağ" 2017-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdırmaqla turnirin qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Oxşar xəbərlər

"Qarabağ"ın sabiq hücumçusu özü barədə yazılan kitabdan danışdı
"Qarabağ" nə qədər gəlir əldə edəcək?
Bu gün “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri məlum olacaq
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində
"Qarabağ" qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər