reklam
Elita klubları maliyyə yardımı edəcək
Sportfm.az xəbər saytı

Elita klubları maliyyə yardımı edəcək


Almaniyanı UEFA Çempionlar Liqasında təmsil edən klublar – “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” və “Bayer” koronavirus pandemiyası ilə əlaqədar ciddi itkilərlə üzləşən 1-ci və 2-ci Bundesliqa klublarına maliyyə yardımı edəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Almaniya Klublar Birliyi (DFL) məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən klublar bütövlükdə 20 milyon avroluq yardım etməyə qərar veriblər. Bunun 12,5 milyon avrosu həmin klubların bu mövsüm teleyayımdan əldə edəcəyi gəlirlərdi. Yerdə qalan 7,5 milyon avroluq yardımı isə klublar özləri DFL-ə təqdim edəcəklər. 20 milyon avronun koronavirusdan əziyyət çəkən klublar arasında necə bölünəcəyinə DFL qərar verəcək.

“Bavariya”nın idarə heyətinin rəhbəri Karl-Haynts Rummenigge bu addımı belə şərh edib:

“Bu çətin dönəmdə güclülərin zəiflərə dayaq olması çox önəmlidi. Bununla həm də futbolda birlikdə olduğumuzu göstərmək istəyirik”.

Oxşar xəbərlər

Ən bahalı heyəti olan klublar - SİYAHI
AFFA klublara maliyyə yardımı ediləcək - Koronavirusa görə
AFFA Premyer Liqanın klublarına maliyyə yardımı ayırdı
UEFA federasiyalara yardım edəcək
Çempionlar Liqasından ən çox qazanan klublar bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər