reklam
UEFA federasiyalara yardım edəcək
Sportfm.az xəbər saytı

UEFA federasiyalara yardım edəcək


UEFA quruma üzv olan 55 assosiasiyaya 775,5 milyon avro maliyyə yardımı göstərəcək. 

Sportfm.az xəbər verir ki, yardım 2024-cü ilə qədər davam edəcək. 

Qurumun milli assosiasiyaların fəaliyyətlərini dəstəkləmək məqsədi ilə 2004-cü ildə başlayan "HatTrick" proqramının detalları bəlli olub. 

Avropa çempionatlarından əldə edilən gəlirlərin federasiyalara təqdim edildiyi proqramda beşinci 4 illik period başlayıb. UEFA 2020 - 2024-cü illər arasında 775.5 milyon avroluq fond yaradıb. 

Avropa futbol təşkilatının üzv assosiasiyalara dəstəyi əvəlki illərlə müqayisədə 27 faiz artıb. Qurum 2024-cü ildən 2,6 milyard avroluq fond ayırmağı planlaşdırır. 

 

Oxşar xəbərlər

UEFA klublar üçün 240 milyon ayırdı - Avro-2024
Milli Olimpiya Komitəsinə yardım ayrılacaq
Elita klubları maliyyə yardımı edəcək
UEFA yenə AFFA-ya pul ayıracaq
DÇ-2018-in seçmə mərhələsində nə qədər gəlib əldə edilib? - UEFA açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər