Tokio olimpiadasının yeni tarixi məlum oldu
Koronavirus pandemiyası üzündən təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyul 2021-ci ildə olacaq.
Sportfm.az xəbər verir ki, bununla bağlı rəsmi qərar bu gün açıqlanacaq.
Beynəlxalq Olimpiya Komitəsi (IOC) martın 29-da keçirəcəyi təcili görüşündə Tokio olimpiadasının yeni tarixini elan etmək niyyətindədir. Oyunların bağlanışı isə gələn il avqustun 8-də gerçəkləşəcək.
2021-ci il üçün idman təqviminin tərtib olunması zamanı müəyyən çətinliklərin ortaya çıxacağı gözlənilir. Bununla belə, olimpiadanın builki tarixə bənzər günlərdə təşkilinə qərar verilib. Səbəblərdən biri kimi 1 milyard dollar ödəyərək, yayım hüququna yiyələnmiş "NBC Universal" üçün göstərilən tarixin ən yaxşı vaxt olduğu göstərilib.
Qeyd edək ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi.
Oxşar xəbərlər
Tokio-2020 xərcləri açıqlandı - 15,4 milyard
Tokio Olimpiadasının xərcləri azaldılacaq - 284 milyon dollar
Tokio olimpiadasının proqramı təsdiqləndi
"Gələn il Tokio Olimpiadası keçiriləcək" - Tomas Bax
Olimpiadanın yol xəritəsinin təqdim olunma tarixi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası