"Tokio olimpiadası iştirakçılar üçün təhlükəsiz olacaq" -Tomas Bax
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkili üçün bir neçə variantı nəzərdən keçirir.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun prezidenti Tomas Bax İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında deyib.
Almaniyalı funksioner bildirib ki, pandemiya ilə bağlı hər gün dəyişən vəziyyət onların planlarına da təsir edir: "İşçi Qrup fərqli ssenarilərə hazırlaşır. Heç kim gələn il vəziyyətin necə olacağını bilmir. Bu, elə də sadə məsələ deyil. Amma hazırda sosial məsafə müzakirə etdiyimiz əsas mövzulardan biridir". Yekun ssenarinin necə olacağı barədə indi danışmaq çox tezdir. Yalnız onu deyə bilərik ki, Oyunlar bütün iştirakçılar üçün təhlükəsiz olacaq".
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan Tokio olimpiadası 23 iyul - 8 avqust tarixləri arasında keçirilməlidir.
Oxşar xəbərlər
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
Tokio olimpiadasının proqramı təsdiqləndi
"Gələn il Tokio Olimpiadası keçiriləcək" - Tomas Bax
"Tokio olimpiadası təhlükəsiz şəraitdə keçiriləcək" - Qubernator
Olimpiadaya lisenziya qazanmış idmançıların taleyi necə olacaq? - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası