reklam
Reytinqləri aşağı olan şahmatçılarımız superturnirdə olmayacaqlar
Sportfm.az xəbər saytı

Reytinqləri aşağı olan şahmatçılarımız superturnirdə olmayacaqlar


Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen superturnir təşkil edəcək. 

Sportfm.az xəbər verir ki, mükafat fondu 250 000 ABŞ dolları olan onlayn yarış aprelin 18-də start götürəcək. Turnirdə dünya reytinqinin ən yaxşı 8 qrossmeysteri iştirak edəcək. 7 raunddan ibarət dövrəli sistem formatında təşkil olunacaq və 2 həftə davam edəcək turnirdə norveçli şahmatçı ilə yanaşı, Fabiano Karuana (ABŞ), Din Liren (Çin), Yan Nepomnyaşi (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan) və Uesli So (ABŞ) qüvvəsini sınayacaq.  Hər görüş 4 partiyadan ibarət olacaq. Qalib gələn şahmatçı 3 xal qazanacaq, məğlub olan isə xalsız qalacaq. 2:2 hesablı heç-heçə zamanı əlavə görüş keçiriləcək və "armaqeddon"da qələbə qazanan qrossmeysterin aktivinə 2 xal yazılacaq. Uduzan isə 1 xalla kifayətlənəcək. 

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) aprel ayı üçün açıqladığı reytinqdə Azərbaycan şahmatçılarından Teymur Rəcəbov 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pillədə qərarlaşıb. Bu səbəbdən onlar Maqnus Karlsenin təşkilatçısı olduğu turnirdə iştirak etməyəcəklər.

Oxşar xəbərlər

Şahmatçılarımız altıncı mərhələdə iştirak edəcək - Çempionlar Turu
Şahmatçılarımız Aronyana qarşı - AFİŞA Çempionlar Turu
Şahmatçımız Karlsen turnirində - İlk dəfə
Karlsen Rəcəbov və Məmmədyarovu turnirə dəvət etmədi - RƏSMİ
Yığmamızın lideri 300 min dollarlıq turnirdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər