Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ölkə birinciliyində iştirakdan imtina etdilər -ÖZƏL
Sabah Mingəçevirdə bədii gimnastika üzrə Açıq Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok yarışına start veriləcək.
Sportfm.az xəbər verir ki, 23-cü Azərbaycan Birinciliyi və 3-cü Bölgələrarası Kubok turniri iki gün davam edəcək.
Yarışlarda "balacalar” (2006-2008), "yeniyetmələr” (2004-2005) və "gənclər” (2001-2003) yaş kateqoriyasında 103 fərdi gimnast və 9 qrup komandası iştirak edəcək. Onlar Ocaq Sport Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, Sərhədçi İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubunu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin Zirvə Klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil edəcəklər.
Göründüyü kimi, yarışlarda ölkəmizin ən böyük idman cəmiyyətlərindən olan, uzun illərdir bədii gimnastika sahəsində uğurla fəaliyyət göstərən "Spartak” könüllü Bədən Tərbiyəsi və İdman cəmiyyətinin idmançıları Mingəçevirə yollanmayıblar. Məsələ ilə bağlı fikrini öyrəndiyimiz Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Bikə Abdullayeva cəmiyyətin idmançılarının yarışda iştirak etməməsinin səbəbini bilmədiyini qeyd etdi.
Xatırladaq ki, bu dəfə turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan təşrif buyurmuş idmançılar da çıxış edəcəklər. Turnirə noyabrın 19-da yekun vurulacaq.
Oxşar xəbərlər
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək
Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir
Bədii gimnastika üzrə açıq birincilik keçirilib
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası