Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bədii gimnastika üzrə açıq birincilik keçirilib
Bu gün Bakıda "START" İdman və Əyləncə Kompleksində bədii gimnastika üzrə "AURA" Açıq Birinciliyi keçirilib.
Sportfm.az saytı xəbər verir ki, birinciliyə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə start verilib.
Yarışda 2001-2012-ci il təvəllüdlü 60 idmançı mübarizə aparıb. Birincilikdə "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzi nəzdində "Gömrükçü" İdman Klubundan olan paytaxt idmançıları ilə yanaşı Kürdəmir təmsilçiləri də öz çıxışlarını nümayiş etdiriblər.
Gimnastlar A, B, C qrupları üzrə alətsiz, top, ip, halqa və gürzələrlə, o cümlədən qrup şəklində çıxışlar ediblər. Yarışda qalib gəlmiş gimnastlara mükafatlar təqdim edilib.
Oxşar xəbərlər
Bədii gimnastika üzrə 25-ci Bakı çempionatı start götürdü
Bədii gimnastika üzrə II Zirə açıq birinciliyinə start verildi
"Bahar Kuboku-2017" başa çatdı
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada
Ölkə birinciliyində iştirakdan imtina etdilər - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası