Pandemiyadan sonra idmançılar necə çıxış edəcək? -AÇIQLAMA
Koronavirus idmançıların səhhəti ilə yanaşı, onların nəticələrinə də təsir göstərə bilər.
Sportfm.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Olimpiya Komitəsinin (IOC) həkimi İrina Zelenkova deyib.
Onun sözlərinə görə, idmançılar pandemiya mövzusuna laqeyd yanaşmamalıdırlar: "Məşq zamanı bir çox bədən üzvü prosesdə iştirak edir. Xüsusilə də tənəffüs sistemi fəal rol oynayır. Bunlardan biri virusa yoluxarsa, bədənə oksigen çatdırılması pisləşər. Belə olan halda, idmançı xəstəlikdən əvvəl göstərdiyi nəticələri təkrarlamaya bilər".
İ.Zelenkova hesab edir ki, koronavirusa yoluxmuş idmançıların yenidən idmana qayıtması üçün xüsusi meyarlar hazırlanmalıdır: "Çünki ağciyər toxumaları zədələnə, xəstəliyin fəsadları qala bilər".
Oxşar xəbərlər
Rus idmançılar üçün çətin seçim - Məsələyə baxılacaq
AMADA idmançılara dəstək olacaq - Nümunələr hazırlandı
ABŞ-da bu il idman yarışları keçirilməyəcək
"Azərbaycanda idmançılar arasında belə bir fakt aşkarlanmayıb" - AMADA-nın direktoru
BOK İdmançılar Komissiyası ən böyük tərkibdə toplaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası