reklam
Dünya çempionatının yeni tarixi məlum oldu
Sportfm.az xəbər saytı

Dünya çempionatının yeni tarixi məlum oldu


Koronavirus pandemiyası səbəbiylə təxirə salınan aerobika üzrə dünya çempionatının yeni tarixi məlum olub.

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bakıda keçirilməsi planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Qurum pandemiya səbəbiylə təxirə salınan bütün turnirlərin 2021-ci ilin yayında keçiriləcəyini bildirib.

Aerobika üzrə dünya çempionatının 14-16 may tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulmuşdu.

Bundan başqa, martın 12-də Bakıda başlayan, amma eyni səbəblə martın 13-də dayandırılan idman gimnastikası yarışı barədə də qərar verilib. Federasiya, yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xallarının veriləcəyini bildirib.

Oxşar xəbərlər

Bakıdakı Dünya Kuboku ləğv edildi - Koronavirusa görə
Dünya çempionatının vaxtı dəyişdirildi
Bakıdakı dünya çempionatının vaxtı məlum oldu
Çağırış Kubokunun yeni tarixi açıqlandı
Kubokun finalı təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər